Dani Olmo “El Klasiko”nu buraxa bilər.
Sportal.az xəbər verir ki, “Barselona”nın yarımmüdafiəçisi İspaniya yığmasının məşqində əzələ zədəsi alıb və millinin yaxın oyunlarını buraxacaq.
Mundo Deportivonun məlumatına görə, sol ayağındakı problemə görə Olmonun 26 oktyabrda “Real”la oyunda iştirakı sual altındadır, baxmayaraq ki, tam istisna edilmir. “Jirona” və “Olimpiakos”la qarşılaşmalarda isə onun oynamayacağı ehtimal olunur.
Əgər əzələnin qopması təsdiqlənsə, Olmo ən azı üç həftə meydana çıxmayacaq.
Bu mövsüm Dani La Liqada 8 oyun keçirib və 1 qol vurub.
saytlarin hazirlanmasi