Futbol üzrə Azərbaycan I Liqasında V turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün "Difai" doğma meydanda "Şahdağ Qusar"ı qəbul edib. Qarşılaşma Şimal bölgəsi təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 7-yə yüksəldən "Şahdağ Qusar" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 1 xalı olan "Difai" isə sonuncu yerdədir.
"Difai" - "Şahdağ Qusar" 1:2
Qollar: H.Şirəliyev, 32 - S.Ağalarov, 37, F.Camalov, 42 (pen)