Oyun zamanı huşunu itirərək yıxılan 19 yaşlı qazaxıstanlı futbolçu dünyasını dəyişdi

23:10 - 16 Oktyabr 2025

Qazaxıstanlı futbolçu Dias Toleu vəfat edib.

Sportal.az xəbər verir ki, 19 yaşlı “Xan-Tenqri” klubunun hücumçusu Dias Toleu Qazaxıstan Birinci Liqasının 25-ci turunda “Ekibastuz”a qarşı keçirilən matçın 64-cü dəqiqəsində özünü pis hiss edib və meydanda yıxılıb. O, xərəkdə meydançadan çıxarılıb.

Qazaxıstan Futbol Federasiyası futbolçunun ölümünü təsdiqləyib. Toleu “Kayrat” klubunun yetirməsi idi və 2024-cü ilin aprelində “Xan-Tenqri”yə qoşulmuşdu.


Xəbər xətti