"Barselona"nın vingeri "Real"la matçda oynaya biləcək?

23:34 - 16 Oktyabr 2025

Rafinya Diasın “El-Klasiko”da oynamaq ehtimalı var. 

Sportal.az xəbər verir ki, “Barselona”nın vingeri 25 sentyabr tarixində “Ovyedo” ilə matçda (3:1) budun arxa əzələsini zədələmişdi. İlkin olaraq katalon klubu onun bərpa müddətini üç həftə kimi qiymətləndirsə də hələ ki, ümumi məşq qrupuna qoşulmayıb. 18 oktyabr tarixində “Jirona” ilə oyunu buraxacağı xəbər verilmişdi.

Mundo Deportivo-nun məlumatına görə, bu günkü MRT müayinəsi pozitiv nəticə göstərib – braziliyalı oyunçu 26 oktyabrda “Real”la oyunda iştirak edə bilər. Lazım gələrsə, o, 21 oktyabrda “Olimpiakos”la matçda da oynaya bilər, amma klub ehtimal ki, futbolçunun sağlamlığını riskə atmamaq üçün belə qərar verəcək.

Qeyd edək ki, cari La Liqa mövsümündə Rafinya 6 oyunda çıxış edib, 3 qol vurub və 2 assist edib.

Xəbər xətti