"Qarabağ"ın əməkdaşı Yohan Kroyf institutunun diplomunu aldı

22:44 - 19 Oktyabr 2025

“Qarabağ”ın əməkdaşı – əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev nüfuzlu Yohan Kroyf institutunun diplomunu alıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, İdman Menecmenti proqramını tamamlayaraq magistr diplomuna sahib çıxıb.

2024-cü ilin martında başlayan 14 moduldan ibarət onlayn tədris dönəminin yekununda fərqlənənlər Barselona şəhərində yerləşən institutda diplomla təltif olunublar.

Yohan Kroyf Avropada idman sahəsində 2024-cü ilin ən yaxşı onlayn təhsil verən institutu seçilib.

Xəbər xətti