"Barselona" "Kamp Nou"ya qayıdır

16:19 - 31 Oktyabr 2025

"Barselona" gələn həftə öz doğma stadionu "Kamp Nou"ya qismən qayıdacaq.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniya çempionu noyabrın 7-də arenada azarkeşlər üçün açıq məşqə çıxacaq. Hazırlıq prosesini 23 min tamaşaçı izləyə biləcək. Məşqi izləmək üçün biletlərin qiyməti 5 və 10 avrodur.

Qeyd edək ki, 2023-cü ildən "Kamp Nou"da yenidənqurma işləri aparılır. Matçların keçirilməsi üçün bütün icazələri aldıqdan sonra arena İspaniyanın 105 000 azarkeş tutumuna malik ən böyük stadionuna çevriləcək.

Xəbər xətti