"Yuventus" rəhbərliyində yeni təyinat

21:48 - 11 Noyabr 2025

"Yuventus" Damien Komollinin klubun baş icraçı direktoru vəzifəsinə təyin olunduğunu elan edib.

Sportal.az xəbər verir ki, qərar Turin klubunun idarə heyətinin sədri Canluka Ferreronun rəhbərliyi ilə keçirilən iclasda qəbul olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İclas zamanı həmçinin rəhbərlik üzvləri arasında vəzifə bölgüsü təsdiqlənib, inzibati səlahiyyətlər müəyyənləşdirilib, daxili komitələr formalaşdırılaraq onların üzvləri təyin olunub.

Əvvəllər baş direktor vəzifəsini icra edən Komolli klubun əvvəlki idarəetmə strukturunun davamlılığını təmin edən inzibati səlahiyyətlər əldə edib.

Fransalı futbol meneceri “Arsenal”, “Tottenhem”, “Liverpul”, “Sent-Etyen”, “Fənərbaxça” və “Tuluza” kimi klublarda çalışmaqla zəngin təcrübə qazanıb.

Xəbər xətti