Noyer karyerasını başa vura bilər

14:52 - 13 Noyabr 2025

Manuel Noyerin "Bavariya"dakı gələcəyi hələ ki məlum deyil.

Sportal.az xəbər verir ki, Bundesliqa nəhəngi 39 yaşlı kapitanına yeni 1 illik müqavilə təklif etməyə hazırlaşır. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Noyerin hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayında başa çatır. Klub ayaq sınığından sonra bərpa olunan veteran qapıçının formasında tam razıdır.

Lakin Noyer hələ son qərarını verməyib. Almaniya millisinin üzvü cari mövsümün sonunda peşəkar karyerasını başa vurmaq variantını ciddi şəkildə nəzərdən keçirir.

Qeyd edək ki, manuel Noyer 2011-ci ilin yayında "Bavariya"da çıxış edir. Təcrübəli "əlcək sahibi" bu mövsüm Münhen təmsilçisinin heyətində 19 rəsmi matçda meydana çıxa bilər.

Xəbər xətti