İtaliya milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 7-ci turu çərçivəsində səfərdə Moldovanın qonağı olacaq.
Sportal.az xəbər verir ki, dördqat dünya çempionları oyuna ciddi itki ilə çıxacaq. Belə ki, müdafiəçi Rikkardo Kalafiori komandaya kömək edə bilməyəcək.
"Arsenal"ın futbolçusu İngiltərə Premyer Liqasının "Sanderlend"lə matçında yüngül zədə alıb. Onun millinin növbəti oyununda meydana çıxmaq ehtimalı var.
Qeyd edək ki, Moldova - İtaliya qarşılaşması bu gün Bakı vaxtı ilə 23:45-də start götürəcək. "Skuadra adzurra" 3 gün sonra isə doğma meydanda Norveç yığmasını qəbul edəcək.
saytlarin hazirlanmasi
