"Mançester Siti" onu razı sala bilmədi, mövsümün sonunda ayrılacaq

11:55 - 20 Noyabr 2025

"Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva bu yay klubdan ayrıla bilər.

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər” mövsümün sonunda azad agent olacaq portuqaliyalı futbolçu ilə yeni müqavilə məsələsində razlıq əldə edilməyib. Artıq Avropanın bir neçə klubundan təklif alan Silvanın “Benfika”ya geri qayıtması gündəmdədir.

Bu mövsüm 31 yaşlı Bernardo Silva İngiltərə Premyer Liqasında 11 oyunda iştirak edib və 2 asistlə yadda qalıb. O, həmçinin Çempionlar Liqasında dörd oyunda iştirak edib və bir qol vurub. Silva “Benfika”nın yetirməsidir. O, 2014-cü ildə “Monako”ya keçib, 2017-ci ildə isə “Mançester Siti”yə transfer olub.

Xəbər xətti