Futbol üzrə Azərbaycan I Liqasında X turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Baku Sportinq" öz meydanında "Şahdağ Qusar"ı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 19-a yüksəldən "Baku Sportinq" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 10 xalı olan "Şahdağ Qusar" isə 8-ci yerdədir.
"Baku Sportinq" - "Şahdağ Qusar" 2:1
Qollar: L.Stevanoviç, 1, X.Məmmədli, 28 - R.Voronsov, 23
Qırmızı vərəqə: Ə.Mürsəlov, 14 ("Baku Sportinq")
