"Liverpul"un müdafiəçisi Brahim Konate karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Real" fransalı futbolçunu yenidən transfer siyahısına daxil edib. Bu barədə "DefensaCentral" məlumat yayıb.
"Kral klubu"nun bu addımı atmasının səbəbi Eder Militaonun uzun müddətlik sıradan çıxmasıdır. "Liverpul" klubla 6 aylıq müqaviləsi qalan Konateni 15 milyon funt-sterlinqə satmağa hazırdır. "Real" 26 yaşlı mərkəz müdafiəçisi üçün bu məbləği ödəməyə hazırdır.
Qeyd edək ki, "Liverpul" Brahim Konateni 2021-ci ilin yayında "Leypziq"dən 40 milyon avroya transfer edib. Fransa millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi
