"Qremio"nun futbolçusu Alisson karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Aston Villa" braziliyalı vingeri transfer etmək istəyir. Bu barədə "Bolavip Brasil" məlumat yayıb.
Premyer Liqa klubu Alisson üçün 12 milyon avroluq təklif göndərib. 19 yaşlı ön xətt oyunçusunun keçidinin yanvar ayında rəsmiləşəcəyi bildirilir.
Qeyd edək ki, Alisson "Qremio"nun yetirməsidir. Gənc futbolçu başa çatan mövsümdə komandanın heyətində meydana çıxdığı 43 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
