"Mingəçevir" "Cəbrayıl"ı xalsız yola saldı - VİDEO

20:11 - 10 Dekabr 2025

Futbol üzrə Azərbaycan I Liqasında X tura start verilib.

Sportal.az xəbər verir ki, bu gün "Mingəçevir" doğma meydanda "Cəbrayıl"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 19-a yüksəldən "Mingəçevir" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 12 xalı olan "Cəbrayıl" isə 6-cı yerdədir.

"Mingəçevir" - "Cəbrayıl" 2:0
Qollar: 
S.Abdullayev, 16 (pen), Q.Səfərov, 52

Xəbər xətti