Səudiyyə Ərəbistanı klubları Salah üçün mübarizə aparır

19:47 - 10 Dekabr 2025

"Liverpul"da çıxış edən Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, Kriştiano Ronaldonun formasını geyindiyi “Ən-Nəsr” misirli vingerə ciddi maraq göstərir. Bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Salahla Ər-Riyad təmsilçisindən başqa bir neçə aparıcı Səudiyyə Ərəbistanı klubu da maraqlanır. Onların hamısı qış transfer dönəmində 33 yaşlı futbolçu üçün rəsmi təkliflər verməyə hazırdır.

Ölkənin TOP klubları təcrübəli oyunçunu heyətinə qatmaq üçün maksimum səy göstərmək niyyətindədir. Bu, onun dünyanın ən tanınmış müsəlman futbolçularından biri olması ilə əlaqələndirilir.

Salahın ətrafında vəziyyət Premyer Liqada “Lids”lə (3:3) keçirilən matçdan sonra daha da gərginləşib. Həmin oyuna ehtiyat oyunçular skamyasından başlayan futbolçu “Liverpul”u və baş məşqçi Arne Slotu açıq şəkildə tənqid edib. Onun qışda Mersisayd klubunu tərk etməsi istisna olunmur.

Xəbər xətti