Niderland millisinin üzvü "Fənərbaxça"ya keçə bilər

19:21 - 16 Dekabr 2025

PSV-nin yarımmüdafiəçisi Coy Veerman karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" niderlandlı futbolçunu transfer etmək istəyir. Bu barədə "Sports Digitale" məlumat yayıb.

İstanbul nəhəngi Veermanı yanvar ayında heyətinə qatmağı planlaşdırır. Keçidin gerçəkləşmə ehtinalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, PSV Coy Veermanı 2022-ci ilin yanvar ayında "Herenven"dən transfer edib. Niderland millisinin üzvü bu mövsüm Eyndhoven təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti