"Mançester Siti"nin heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin aparıcı oyunçularından olan Cerremi Doku sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Pep Qvardiola məlumat verib.
Belçikalı vinger 2025-ci ilin əvvəlinə kimi yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Mançester Siti" Ceremi Dokunu 2023-cü ilin yayında "Renn"dən transfer edib. 23 yaşlı futbolçu bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 25 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
