İlin ən yaxşı qolu bəlli oldu - VİDEO

20:55 - 16 Dekabr 2025

"İndependyente"nin vingeri Santyaqo Montyel "Puşkaş" mükafatını qazanıb.

Sportal.az xəbər verir ki, FIFA argentinalı futbolçunu ötən mövsümün ən gözəl qoluna görə mükafatlandırıb. 11 may 2025-ci ildə Montyel cərimə meydançasından kənardan aşırma zərbəsi ilə "Rivadaviya" klubunun qapısına baxımlı qol vurub.

Montyel aşağıdakı futbolçuları geridə qoyub:

Lamin Yamal (“Barselona”nın “Espanyol”la oyunda vurduğu qol, 15 may 2025-ci il);

Deklan Rays (“Arsenal”ın heyətində “Real”ın qapısına vurduğu qol, 8 aprel 2025-ci il);

Alessandro Deyola (“Kalyari”nin heyətində “Venesiya”ya vurduğu qol, 18 may 2025-ci il);

Pedro de la Veqa (“Kruz Asul”un heyətində “Sietl Saunders”ə vurduğu qol, 31 iyul 2025-ci il);

Amr Nasser (“Əl-Əhli”nin heyətində “Farko”ya vurduğu qol, 17 aprel 2025-ci il);

Alerrandro (“Kruzero”nun heyətində “Vitoriya”ya vurduğu qol, 19 avqust 2024-cü il);

Karlos Orrantia (“Keretaro”nun heyətində “Atlas”a vurduğu qol, 16 aprel 2025-ci il);

Lukas Ribeiro (“Borussiya”nın heyətində “Mamelodi Sandauns”a vurduğu qol, 21 iyun 2025-ci il);

Rizki Ramadani (“Arema”nın heyətində “Persica”ya vurduğu qol, 9 mart 2025-ci il);

Kevin Rodriqes (“Rizəsport”un heyətində “Kasımpaşa”ya vurduğu qol, 9 fevral 2025-ci il).

Xəbər xətti