Azərbaycanlı futbolçuya II Bundesliqadan təklif gəldi - SON DƏQİQƏ

21:44 - 16 Dekabr 2025

"Kəpəz"in yarımmüdafiəçisi Şakir Seyidov legioner həyatı yaşamağa yaxındır.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçumuza Almaniyadan təklif var.

Klubun adı bizə məlumdur, amma konfidensiallıq səbəbindən açıqlamırıq.

II Bundesliqa təmsilçisi Seyidov üçün 2 illik rəsmi təklif göndərib.

Tərəflər arasında aktiv danışıqlar gedir.

Gənclər millimizin sabiq üzvünün ölkə xaricinə yollanması an məsələsidir deyə bilərik.

Düzdü, oyunçunun "Kəpəz"lə qüvvədə olan müqaviləsi var. Amma bölgə klubu Şakirin gedişinə problem yaratmayacaq.

Orta sahə oyunçusunun bu mövsüm 14 matçda meydanda olub.

O, daha əvvəl ölkəmizdə "Sabah", "Turan Tovuz"un və Latviyada “Dauqavpils”in uğurları üçün tərtöküb.

Millimizin hücumçusu Mahir Emreli də ötən ildən II Bundesliqada çıxış edir. Hazırda "Kayzerslautern"də forma geyinən hücumçu daha əvvəl "Nürnberq"in şərəfini qoruyub.

Xəbər xətti