Dünyada ilin ən yaxşı futbolçusu rəsmən elan edildi

22:33 - 16 Dekabr 2025

PSJ-nin və Fransa millisinin vingeri Usman Dembele FİFA-nın versiyasına görə ötən mövsümün ən yaxşı futbolçusu seçilib.

Sportal.az xəbər verir ki, o, "The Best" mükafatını qazanıb. Daha əvvəl Dembele "Qızıl top"un da sahibi olmuşdu.

2024/25 mövsümündə Dembele PSJ ilə Fransa çempionatını, Fransa Kubokunu və Superkuboku, həmçinin Çempionlar Liqasını qazanıb. O, klubun heyətində keçirdiyi 53 oyunda 35 qol vurub və 14 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "The Best" mükafatının qalibləri seçilərkən 11 avqust 2024-cü ildən 2 avqust 2025-ci ilədək olan dövrdəki çıxışlar nəzərə alınır. Qalib milli komandaların kapitanları və baş məşqçiləri, azarkeşlər və KİV nümayəndələrinin səsverməsi yolu ilə müəyyən edilir.

Xəbər xətti