"İnter Mayami"dən Luis Suarez qərarı

17:33 - 17 Dekabr 2025

“İnter Mayami”nin hücumçusu Luis Suares yaxın zamanda MLS klubu ilə yeni müqavilə imzalayacaq.

Sportal.az xəbər verir ki, bu barədə "Miami Herald" nəşri məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, 38 yaşlı futbolçu bu mövsüm tarixində ilk dəfə MLS çempionu olan klubla yeni sözləşməyə imza atmağa hazırdır.

Uruqvaylı forvardın hazırkı müqaviləsi bu ilin 31 dekabr tarixinə qədər qüvvədədir. O, cari mövsümdə 42 oyuna çıxaraq 14 qol vurub və 15 məhsuldar ötürmə edib.

Xəbər xətti