“Barselona” İspaniya Kubokunun 1/16 final mərhələsinin səfər oyununda “Qvadalaxara”nı 2:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, bu görüşdə “blauqrana”nın müdafiəçisi Pau Kubarsi də iştirak edib. Bu, ispaniyalı futbolçunun Kataloniya klubunun forması altında keçirdiyi 100-cü oyun olub.
Beləliklə, Pau “Barselona” tarixində klubun heyətində 100 matç keçirən ikinci ən gənc futbolçuya çevrilib. Qarşılaşma zamanı onun yaşı 18 il 10 ay 24 gün olub.
Bu göstərici üzrə rekord vinger Lamin Yamala məxsusdur. O, 100-cü oyununu 17 il 9 ay 17 gün yaşında keçirib. İlk üçlüyü Qavi tamamlayır – 19 il 2 ay 24 gün.
saytlarin hazirlanmasi
