PSJ-yə kubok qazandıran qapıçı zədələndi - 1 ay oynamayacaq

19:40 - 19 Dekabr 2025

PSJ-nin qapıçısı Matvey Safonov sıradan çıxıb.

Sportal.az xəbər verir ki, rusiyalı qolkiper "Flamenqo" ilə keçirilən Qitələrarası Kubokun final matçında zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

4 penalti dəf edərək komandasının kuboku qazanmasında böyük payı olan Safonovun öl sümüyü sınıb. 26 yaşlı "əlcək sahibi" 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, PSJ Matvey Safonovu 2024-cü ilin yayında "Krasnodar"dan 20 milyon avroya transfer edib. Rusiya millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində 4 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti