"Arsenal" Bukayo Sakanın müqaviləsinin müddətini uzatmağı planlaşdırır.
Sportal.az xəbər verir ki, artıqq ingiltərəli vingerlə razılıq əldə olunub. Bu barədə "Teamtalk" məlumat yayıb.
Saka ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanacaq. 24 yaşlı futbolçunun həftəlik maaşı 300 min funt-sterlinq təşkil edəcək. Bu, London klubunun tarixi üçün rekord göstəricidir.
Qeyd edək ki, Bukayo Saka "Arsenal"ın yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 21 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
