İtaliya Futbol Superkuboku yaxın vaxtlarda ənənəvi formatına qayıdacaq.
Sportal.az xəbər verir ki, bu barədə A Seriyasının prezidenti Etsio Simonelli "Italia1" telekanalında yayımlanan veriliş zamanı məlumat verib.
İtaliya çempionatının rəhbərinin sözlərinə görə, növbəti mövsümdən etibarən qalib yenidən A Seriyasının çempionu ilə İtaliya Kubokunun qalibi arasında keçiriləcək bir oyunla müəyyənləşdiriləcək. 2023-cü ildən tətbiq olunan dörd komandalı formatdan imtina edilir. Həmin dövrdən Superkubok mini-turnir formatında keçirilir və Səudiyyə Ərəbistanında təşkil olunurdu.
Hazırkı Superkubokun sahibi final oyununda “Bolonya”nı məğlub edərək titulu qazanan “Napoli”dir.
saytlarin hazirlanmasi
