Fransanın “Strasbur” klubunun baş məşqçisi Liam Rozenyor “Çelsi”nin baş məşqçisi təyin oluna bilər.
Sportal.az xəbər verir ki, ingiltərəli mütəxəssis bununla bağlı açıqlama verib. 41 yaşlı məşqçi məsələ ilə bağlı konkret cavab verməyib:
“Çelsidə işləmək? Həyatda heç nəyə zəmanət yoxdur. Sabah nə baş verəcəyini bilmirik. Mən sadəcə öz işimi görürəm. Burada nə qədər müddət çalışacağım barədə zəmanət vermək istəmirəm, amma hər gün işimdən zövq alıram”.
Qeyd edək ki, “Strasbur” Fransa Liqa 1-in cari mövsümündə Liam Rozenyorun rəhbərliyi altında 16 turdan sonra 23 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
