"Napoli" milli üzvü ilə müqavilə imzalayacaq

19:52 - 7 Yanvar 2026

"Napoli" müdafiəçi Amir Rrahmaninin müqaviləsinin müddətini uzadıb.

Sportal.az xəbər verir ki, İtaliya çempionu artıq kosovolu futbolçu ilə razılıq əldə edib. Bu barədə insayder Nikolo Şira məlumat yayıb.

Yaxın günlərdə tərəflər arasında sözləşmə imzalanacaq. 31 yaşlı mərkəz müdafiəçisinin illik maaşı 3,8 milyon avro təşkil edəcək.

Qeyd edək ki, "Napoli" Amir Rrahmanini 2020-ci ilin yanvar ayında "Verona"dan transfer edib. Kosovo millisinin üzvü bu mövsüm Neapol təmsilçisinin heyətində meydana çıxdığı 15 rəssmi matçda 1 qol vurub.

Xəbər xətti