Kapello Ronaldodan danışıb, "Qarabağ"da da Reynaldo nümunəsi olub - braziliyalıların istedadı və "həyat sevgisi"

21:24 - 7 Yanvar 2026

Məşhur italiyalı məşqçi Fabio Kapello birgə çalışdığı ən yaxşı futbolçu kimi braziliyalı Ronaldonun adını çəkib. Yekədişin çox güclü futbolçu olmasına rəğmən, heç cür arıqlamaq istəməməsini, futboldan çox həyatdan zövq almağa meyilli olduğunu deyib. Nəticədə Kapello onu "Real"dan qovub.

Yeri gəlmişkən, Ronaldonun hələ xarüqələr yaratdığı vaxtlarda Valeri Lobanovski iddia edirdi ki, braziliyalı belə çox davam etməyəcək. Ukraynalı mütəxəssis onun öz istedadını xərclədiyini deyirdi. Bunu onun üzərində çalışmaması ilə əlaqələndirirdi.

Belə problemlər bir çox braziliyalıda yaşanır. Məsələn, "Qarabağ"da oynayan Reynaldoda. O, müsahibələrinin birində deyib ki, "Qarabağ"da ən parlaq çıxış etdiyi vaxtlarda hər gün spirtli içki qəbul edirmiş. Hətta "dəli kimi içirdim" fikrini səsləndirib. 

Braziliyalılar bu mənada dünyanın ən istedadlı və ən bivec futbolçu milləti hesab olunur. Adriano, Ronaldinyo və digər tanınmışlar özlərini futbola daha çox həsr etsəydilər, bundan da böyük nailiyyətlər qazanardılar.

Xəbər xətti