“Qarabağ”ın danışıqlar apardığı 3 hücumçu - SON DƏQİQƏ

21:35 - 7 Yanvar 2026

"Qarabağ" hazırda Avropa klublarının formasını geyinən 3 hücumçu ilə danışıqlar aparır.

Sportal.az xəbər verir ki, bu barədə düşərgədən Sportinfo.az saytına məlumat verilib.

Bildirilib ki, Qurban Qurbanov onlardan, heç olmasa, birini yaxın günlərdə Azərbaycanda görmək istəyir. Hətta 5 aylıq icarə əsasında olsa belə!

Baş məşqçi mövsümün ikinci hissəsinin daha gərgin keçəcəyini təxmin etdiyindən, yalnız Nəriman Axundzadə ilə Kamilo Duranın ümidinə qalmaq niyyətində deyil.

Qarşıdan Çempionlar Liqasının əsas mərhələsinin son iki oyunu gəlir. "Köhlən atlar" evdə "Ayntraxt"la üz-üzə gələcək, ardınca İngiltərədə "Liverpul"un önünə çıxacaq.

Burası aydındır - iştirak ərizəsinə yeni oyunçuların daxil edilməsi artıq mümkün deyil.

Ancaq ölkədaxili yarışlar üçün belə bir icazə var. Odur ki, təcrübəli mütəxəssis ehtiyatı əldən vermək, işləri taleyin ümidinə buraxmaq fikrindən uzaqdır.

Təbii ki, proses rəvan getmir. Qurbanovun rəğbətini qazanan hücumçuların üçünün də klubları ilə müqaviləsi var və heç biri onları indi 2-3 milyon avrodan aşağı qiymətə satmaq fikrində deyil.

Problem yenə bundadır - hansı güzəştə gedəcəksə, onu da Bakıda görəcəyik.

Xəbər xətti