"Real"da məşqçilər korpusu heyətin gücləndiriləcəyinə inanmır

22:02 - 7 Yanvar 2026

“Real” rəhbərliyi hesab edir ki, Xabi Alonso daha məhsuldar işləyə bilərdi.

Sportal.az "The Athletic"ə istinadən xəbər verir ki, baş məşqçi yayda daha çox yeni futbolçunun transferini xahiş etmişdi, lakin klublararası dünya çempionatından sonra madridlilər heç bir keçid həyata keçirməyiblər. İspaniyalı mütəxəssisin köməkçilərindən biri bildirib ki, məşqçilər korpusunda qışda da heyətin gücləndirilməyəcəyinə əmindirlər.

“Real”ın yüksək vəzifəli əməkdaşlarından biri qeyd edib ki, hazırda madridlilərin son illərin ən gənc komandalarından biri var, lakin futbolçuların orta dəyəri çox yüksəkdir. O, Alonsonun ona təqdim olunan resurslardan daha yaxşı istifadə edə biləcəyi fikrini ifadə edib.

Xəbər xətti