"Latsio"nun futbolçusu İstanbula gəlir - "Fənərbaxça" üçün

00:22 - 8 Yanvar 2026

Daha öncə qeyd etdiyimiz kimi, "Latsio"nun yarımmüdafiəçisi Matteo Qenduzi "Fənərbaxça"ya keçməyə razılıq verib.

Sportal.az xəbər verir ki, 28 milyon avroya başa gəlməsi gözlənilən transfer üçün Qenduzi sabah günorta saatlarında İstanbulda olacaq. 

Qeyd edək ki, cari mövsümdə A Seriyasında Qenduzi 14 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Xəbər xətti