"Barselona" darmadağınla finala adladı - VİDEO

10:15 - 8 Yanvar 2026

"Barselona" İspaniya Superkubokunun yarımfinalında "Atletik"ə qalib gəlib.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi rəqibini 5:0 məğlub edib.

Səudiyyə Ərəbistanında keçirilən turnirdə digər finalçı isə bu gün dəqiqləşəcək. "Real" "Atletik"(Madrid) komandası ilə üz-üzə gələcək.

Final görüşü yanvarın 11-də keçiriləcək.

"Barselona" - "Atletik"(Bilbao) 5:0
Qollar
:Ferran Torres 22, Fermin Lopes 30, Runi Bardqi 34, Rafinya 38, 52

 

Xəbər xətti