Azərbaycan millisinin və “Polessye”nin futbolçusu Emil Mustafayevin “Sumqayıt”a keçidi yayda reallaşcağı gözlənilsə də, bu baş tutmamışdı. Səbəb isə Mustafayevin Ukraynanı tərk edə bilməməsi idi. Amma onun “Sumqayıt”a qovuşması yaxın günlərdə reallaşa bilər.
Sportal.az saytına verilən məlumata görə, onun müqavilə ilə məxsus olduğu komandası “Polessye” qış toplanışı üçün Türkiyəyə yollanmalıdır. Mustafayev də komandasının tərkibində Ukraynanı tərk edəcək və belə olacağı təqdirdə, millimizin üzvü “Polessye”nin düşərgəsindən ayrılaraq “Sumqayıt”ın məşqlərinə qoşulacaq.
Emil Mustafayevin “Polessye” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
O, mövsümün sonuna qədər “Sumqayıt”a icarəyə verilib.
