Ramil Quliyevə "Fənərbaxça"da yüksək vəzifə verildi

18:37 - 8 Yanvar 2026

“Fənərbaxça”nın Atletika Şöbəsinin rəhbəri vəzifəsinə dünya və Avropa çempionu Ramil Quliyev təyin olunub.

Sportal.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubun binasında keçirilən imza mərasimində Atletika Şöbəsinə məsul İdarə Heyətinin üzvü Ozan Vural və “Fənərbaxça”nın Həvəskar Şöbələr üzrə koordinatoru Yüksəl Seçkin Saruhan da iştirak ediblər.

“Fənərbaxça” Klubu Ramil Quliyevə yeni vəzifəsində uğurlar arzulayıb.

Xəbər xətti