"Napoli" yayda heyətinə qatdığı Kevin De Bruyne ilə yollarını ayıra bilər.
Sportal.az xəbər verir ki, İtaliya çempionu belçikalı hücumameyilli yarımmüdafiəçinin performansından məmnun deyil. Bu barədə yerli mətbuaat məlumat yayıb.
Neapol təmsilçisi tez-tez zədələnən De Bruyneni yanvar ayında satışa çıxarmağı planlaşdırır. Klub xüsusən də Səudiyyə Ərəbistanından gələcək təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, Kevin De Bruyne "Napoli"nin heyətində meydana çıxdığı 11 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 34 yaşlı futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi
