Ötən ili Qırğızıstanın “Alay” klubunda keçirmiş, ötən həftə isə Maldiv adalarının “Maziya” klubuna keçən Nazim Məmmədzadə Sportal.az saytına açıqlama verib.
O, Qırğızıstanda qalmamasına və yeni komandasına keçməsinə bu cür münasibət bildirib:
"Qırğızıstan çempionatı bitdikdən sonra agentim mənə zəng etdi və bu cür təklif olduğunu bildirdi. Maldiv adalarında futbolun səviyyəsi pis deyil. Sadəcə bütün komandalar eyni stadionda oynayır. Bəli, artıq Maldiv adalarındayam və komandamın heyətində oyuna da çıxmışam. Hamı ilə də tanış olmuşam. Baş məşqçi ispandır, mən də ispan dilini bildiyimə görə rahat ünsiyyət qururuq. Komandanın şəraitinə gəldikdə, normaldır, süni örtülü meydançalarımız var, orada məşq edirik. Klubla 6 aylıq müqaviləm var. Əslində, başqa klublardan təkliflərim oldu, amma sonda Maldiv adaları variantının üzərində qaldıq".
Mirbağırağa
