"Sumqayıt" gözlənilməz və fenomenal nəticələr əldə edir" - "Qarabağ"ın legioneri İliç haqda danışdı

11:18 - 9 Yanvar 2026

"Saşa İliç komandası ilə gözlənilməz, fenomenal nəticələr əldə edir. Oyundan-oyuna daha da yaxşılaşırlar. Bizə qarşı 10 nəfərlə oynadılar və hətta oyundan sonra Qurban Qurbanov bizə çıxışımızdan utandığını dedi. Axı komanda 10 nəfərlə üstünlük təşkil edirdi, hətta penaltini də vura bilmədilər. Məşqçinin imzasını göstərən təkcə nəticələr deyil, həm də yaxşı futboldur. Mən onu çox istədiyim üçün deyil, olduğu kimi dediyim üçün tərifləyirəm".

Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Marko Yankoviç deyib. “Mozzart Sport”a açıqlama verən monteneqrolu keçmiş baş məşqçisi, hazırda “Sumqayıt”ı çalışdıran Saşa İliç haqda danışıb. 

Yankoviç “Sumqayıt”ın Misli Premyer Liqasındakı durumunu da izah edib:

"Sumqayıt" adətən liqada turnir cədvəlinin sonlarında yerləşən komandadır və onun əsas məqsədi liqada qalmaqdır. Bütün hörmətimlə deyirəm, bir neçə ildir buradayam, ona görə də hər şeyi yaxşı bilirəm. Həm büdcə, həm də hər şey baxımından deyirəm. Onların yeni, gözəl stadionu, indi əla məşqçiləri var və bu kimi komandalar investisiyaya layiqdirlər. Saşa İliç daha ciddi komandalarda və liqalarda çalışıb. Bu, onun karyerasında sadəcə bir fasilədir, çünki o, bir müddət klubsuz qalıb. Bundan sonra İliçi çox ciddi komandada görəcəyimizi gözləyə bilərik, çünki o, həqiqətən buna layiqdir".
 

Xəbər xətti