“Qəbələ”nin yeni transferinə baxın – VİDEO

15:22 - 9 Yanvar 2026

"Qəbələ" "Andijon"un forvardı İsmaele Akinadeni heyətinə qatıb. Bölgə təmsilçisi nigeriyalı hücumçu İsmaheel Akinade ilə anlaşıb. 31 yaşlı hücumçu ilə 1,5 illik müqavilə imzalanıb. Karyerasına İrlandiyanın “Bray Wanderers” komandasında başlayan futbolçu daha sonra bu ölkədə “Bohemians” və “Vaterford” kimi klublarda çıxış edib.

Son klubu Özbəkistan Super Liqa təmsilçisi “Andijon” olan forvard bu komanda ilə çempionatda keçirdiyi 12 oyunda 2 qol və 1 məhuldar ötürmə ilə yadda qalıb. Akinade həmçinin “Andijon”un heyətində Asiya Çempionlar Liqasında da 6 matçda iştirak edib və 1 dəfə fərqlənib. Sportal.az Akinadenin performans videosunu təqdim edir:

Xəbər xətti