Türkiyə Super Kubokunun "Qalatasaray" və "Fənərbaxça" arasında sabah keçiriləcək final matçının vaxtı dəyişdirilib.
Sportal.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
İstanbul derbisi Bakı vaxtı ilə saat 19:45-də start götürəcək. Əvvəlcədən qarşılaşmanın 21:30-da başlaması nəzərdə tutulmuşdu. Oyunun vaxının dəyişdirilməsinin səbəbi hava şəraitidir.
Qeyd edək ki, "Qalatasaray" yarımfinalda "Trabzonspor"u, "Fənərbaxça" isə "Samsunspor"u məğlub edib.
saytlarin hazirlanmasi
