"Çelsi" Türkiyənin "Fatih Karagümrük" klubuna icarəyə verdiyi David Datro Fofananı geri çağırıb.
Sportal.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
London klubu icarə müqaviləsinə vaxtdından əvvəl xitam verib. "Çelsi" 23 yaşlı forvardı başqa kluba icarəyə verəcək.
Qeyd edək ki, David Datro Fofana mövsümün əvvəlindən "Fatih Karagümrük"də çıxış edir. Fil Dişi Sahili millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 8 qol vurub.
saytlarin hazirlanmasi
