İngiltərəni İtaliyaya dəyişdi

18:49 - 19 Yanvar 2026

​"Lids Yunayted"in futbolçusu Cek Harrison karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Fiorentina" ingiltərəli vingeri icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Bənövşəyilər" Harrison üçün İngiltərə klubuna 1 milyon avro icarə haqqı ödəyib. "Fiorentina" 7 milyon avro ödəməklə 29 yaşlı oyunçunun transfer hüquqlarına yiyələnə bilər.

Qeyd edək ki, "Lids Yunayted" Cek Harrisonu 2021-ci ilin yayında "Mançester Siti"dən transfer edib. Təcrübəli futbolçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 13 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti