Argentina millisinin üzvü "Qalatasaray"a keçə bilər

19:11 - 19 Yanvar 2026

Türkiyənin "Qalatasaray" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Atletiko"da çıxış edən Tiaqo Almadanı transfer etmək istəyir. Bu barədə "Foot Mercato" məlumat yayıb.

"Sarı-qırmızılar" Argentina millisinin üzvü üçün İspaniya klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Atletiko" Tiaqo Almaadanı mövsümün əvvəlində "Botafoqo"dan 21 milyon avroya transfer edib. 24 yaşlı vinger Madrid təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti