Fransa millisinin üzvü "Borussiya"nın hədəfində

19:50 - 25 Fevral 2026

İcarə əsasında "Marsel"də çıxış edən Penjamin Pavar karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Borussiya" fransalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Bild" nəşri məlumat yayıb.

Dortmundlular Pavarı komandadan ayrılacağı gözlənilən Niko Şlotterbekin əvəzləyicisi kimi düşünür. "Borussiya" 29 yaşlı mərkəz müdafiəçisini yayda heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Marsel" Benjamin Pavarı mövsümün əvvəlində "İnter"dən icarəyə götürüb. Fransa millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində 27 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti