"Borussiya"da 2008-ci il təvəllüdlü iki italiyalı var, niyə onlar bizdə deyil?" - Del Pyero

22:16 - 25 Fevral 2026

Alessandro Del Pyero İtaliya futbolundakı vəziyyətdən məyusdur.

Sportal.az xəbər verir ki, sabiq İtaliya millisinin üzvü öz açıqlamasında bunları qeyd edib:

“Bir az ağlaya bilərəm? Vəziyyət ağırdır. Hər şey göründüyü qədər pis deyil, amma 90% və ya 95%  bəli, belədir. Bu, son illərdə İtaliyada baş verənlərin nəticəsidir. İnvestisiya səviyyəsi aşağıdır, digər bazarlar isə bizimkindən qat-qat böyüyüb.

Problemlər? Stadionlar. Bilirik ki, bunu düzəltmək üçün meydandan kənarda daha yaxşı işləməliyik.

Gənclərin hazırlanması sistemi? Görəcəyik ki, "Borussiya"nın heyətində "Atalanta" qarşı 2008-ci il təvəllüdlü iki italiyalı oğlan oynayır. Bağışlayın, bu nədir? Nə baş verir? Niyə bu italiyalılar bizdə yox, “Borussiya”dadır?” – deyə o, CBS efirində bildirib.

Xəbər xətti