Lamine Yamal 2024/25 mövsümünün yekunlarına əsasən "Barselona"nın ən yaxşı futbolçusu seçilib.
Sportal.az xəbər verir ki, 18 yaşlı İspaniya millisinin vingerinə jurnalistlər və KİV nümayəndələrindən ibarət münsiflər heyətinin səsverməsindən sonra Aldo Rovira adına mükafat təqdim olunub. Lamine bu mükafatı ardıcıl ikinci dəfə qazanıb.
Mükafat 2010-cu ildə katalon klubunun keçmiş direktoru Josep Rovira tərəfindən, yol-nəqliyyat hadisəsində həlak olmuş oğlu Aldonun xatirəsinə təsis edilib. Bu gün Yamalın təltifetmə mərasimində ailə üzvləri də iştirak ediblər.
Mükafatı ən çox qazanan futbolçu isə Lionel Messidir. O, bu mükafata 6 dəfə layiq görülüb.
saytlarin hazirlanmasi
