Ronaldo qol vurdu, "Əl Nəsr" 5 qolluq qələbə qazandı

00:30 - 26 Fevral 2026

"Əl-Nəsr" FC liqada ardıcıl 9-cu qələbəsini qazanıb.

Sportal.az xəbər verir ki, Jorge Jesusun komandası Səudiyyə Ərəbistanı çempionatının 10-cu turundan təxirə salınmış oyunda "Al-Najma"nı 5:0 hesabı ilə darmadağın edib.

Heyətində Kriştiano Ronaldonun çıxış etdiyi klub 58 xalla turnir cədvəlinə başçılıq edir. Komanda "Əl-Əhli" ni 2, "Əl-Hilal"ı 3, "Al-Qadsiah"ı isə 5 xal qabaqlayır.

Qeyd edək ki, Ronaldo bu doqquz oyunda 6 qol vurub.

Xəbər xətti