"Qarabağ"ın futbolçusu Kamilo Duran hazırda həkimlərin müşahidəsi altındadır.
Sportal.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" ilə cavab oyununda zədələnən kolumbiyalı barədə həkimlərin yekun rəyini gözləmək lazımdır.
Qeyd edək ki, vinger İngiltərə klubu ilə matçın ikinci hissəsində zədələnib.
saytlarin hazirlanmasi
