AFFA "Şamaxı" və "Kəpəz"i cərimələdi

15:17 - 26 Fevral 2026

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 21-ci turunun oyunları ilə bağlı aşağıdakə qərarlar qeydə alınıb:

Misli Premyer Liqası XXI tur 22 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXI turun “İmişli” – “Şamaxı” oyununda “Şamaxı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

22 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXI turun “Sabah” – “Kəpəz” oyununun 90+8-ci dəqiqəsində “Kəpəz” komandasının 88 nömrəli futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Kəpəz” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);

Xəbər xətti