"Səbail" 4 qolla qalib gəldi - VİDEO

21:17 - 6 Mart 2026

Futbol üzrə Azərbaycan I Liqasında XVII turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, "Səbail" səfərdə "Cəbrayıl"ın qonağı olub. Qarşılaşma paytaxt təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 30-a yüksəldən "Səbail" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 13 xalı olan "Cəbrayıl" isə 8-ci yerdədir.

"Cəbrayıl" - "Səbail" 1:4
Qollar:
 E.Ali, 63 - A.Almeyda, 32, 75, S.Quliyev, 37, K.Quliyev, 90+1

Xəbər xətti