"Sabah" Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə "Qəbələ"ni penaltilər seriyasında məğlub edərək yarımfinala yüksəlib.
Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin futbolçusu Timoteuş Puxaç klubun mətbuat xidməti ilə qələbə sevincini bölüşüb:
"Mənim üçün assist etmək hər zaman daha xoşdur, çünki bu, mənim əsas işimdir. Çox qol vuran oyunçu deyiləm, sonuncu dəfə təxminən 2 il əvvəl fərqlənmişdim. Buna görə də qol vurmağın yolunu tapmağım və daha çox zərbə imkanları əldə etməyim çox xoşdur. Ümid edirəm ki, bu zərbələr gələcəkdə bizə daha çox qol qazandıracaq. Oyun çox çətin keçdi. Hesabda öndə olduğumuz halda rəqibə yenidən qol vurmaq imkanı verməməliydik. Onlar bir nəfər azlıqda qalsalar da, geri dönüş edə bildilər. Əslində, belə hallar yaşanmamalıdır, lakin futboldur, hər şey baş verir. Ən vacibi odur ki, biz növbəti mərhələyə keçdik. Bu gün 5:0 hesabı ilə də qalib gələ bilərdik, amma əsas məsələ yarımfinala yüksəlməyimizdir".
saytlarin hazirlanmasi
